İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi
16:10 20 Mart 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib.
Femida.az xəbər verir ki, dövlətimizin başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını qoyduğunu qeyd edib. Prezident İlham Əliyev Nursultan Nazarbayevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Nursultan Nazarbayev göstərilən diqqətə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Femida.az
Oxunub: 404
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib