Xınalıq yolunda qar uçqunu oldu


17:16     20 Mart 2019 2019/03/BFFAFB9E-EF41-4863-A001-7376D89CEB38_1553087963.jpeg

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə yolun 32-ci kilometrliyində, 4 yerdə qeydə alınıb.

Uçqun nəticəsində yeddi kəndlə əlaqə kəsilib. Xınalıq kəndi istiqamətində gedənlər və qayıdanlar yoldan geri qayıdıblar.

"Azəravtoyol"un əraziyə gətirilən texnikasında nasazlıq yarandığı üçün yola əlavə texnika cəlb edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 379