Zakir Həsənov hərbi hospitalda - FOTO


20:43     20 Mart 2019 19_03_20_1553096690.jpg

Martın 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub və xatirəsinə ehtiram ifadə edilib.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb.

Bayram münasibəti ilə hərbi qulluqçuları təbrik edən Müdafiə naziri onlara sovqatları təqdim edib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Tibb heyəti ilə görüşən Müdafiə naziri hospitalın kollektivini bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.

Görüşün sonunda Müdafiə nazirinin əmri ilə hospitalın rəisi tibb xidməti polkovniki Tofiq Tağıyev "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

Açar sözlər:

Oxunub: 435