Tanınmış azərbaycanlı müğənni restoranda zəhərləndi
21:22 20 Mart 2019
Müğənni Elmira (Emma) Ələkbərzadə getdiyi restoranda zəhərlənib. Femida.az xəbər verir ki, bu haqda sənətçi öz feysbuk hesabında məlumat yayıb.
O, Bayıl ərazisində yerləşən "Riviera" restoranında salat yedikdən sonra halının pis olduğunu, qida zəhərlənməsi yaşadığını bildirib: "Bayılda "Riviera" restoranında qızardılmış balıqdan hazırlanan salat sifariş verdim. Nəticədə zəhərləndim. İllər əvvəl də orada salatdan zəhərlənmişdim. Düşündüm zaman keçib, çox şey dəyişib. Ancaq yox! Onlar məni çox yaxşı tanıyırlar, ancaq yenə də keyfiyyətsiz yemək veriblər". Ələkbərzadə "Riviera"ya getməmək üçün hər kəsə çağırış edib, bayram tətilindən sonra məkana gedərək məsələni aydınlaşdıracağını deyib.
Oxunub: 398
Oxşar xəbərlər
- Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
- Tanınmış jurnalist vəfat etdi
- Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak olub
- Tanınmış türk iş adamı öldürüldü
- Tanınmış pediatr koronavirusdan öldü
- Tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb
- Tanınmış musiqiçi dənizdə boğulub öldü
- Tanınmış azərbaycanlı müğənni koronavirusdan vəfat etdi
- Tanınmış telejurnalistin həkimə qarşı iddiası üzrə ekspertiza təyin edilib
- Tanınmış otellər şəbəkəsinin başçısı vəfat edib