Başına ağac düşən gənc öldü - Göyçayda


09:41     21 Mart 2019 19_03_21_1553146981.jpg


Göyçay rayonunda yerli sakinin başına ağac budağı düşüb.


Hadisə axşam saatlarında şəhərin mərkəzi N.Nərimanov küçəsində baş verib.

1996-cı il təvəllüdlü şəhər sakini Akif Kərimov yol kənarındakı piyada zolağı ilə gedərkən irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qoparaq onun başına düşüb. Ağır kəllə-beyin travması alaraq huşunu itirən A.Kərimov ətrafdakıların köməkliyilə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 1178