Novruz şənlikləri zamanı partlayış olub, 2 nəfər ölüb - Əfqanıstanda

Novruz şənlikləri zamanı partlayış olub, 2 nəfər ölüb - Əfqanıstanda


10:29     21 Mart 2019 efqanistan%20ordu.jpg


Əfqanıstanın paytaxtı Kabil şəhərinin qərbində Novruz şənlikləri qeyd olunan zaman partlayış baş verib.


Partlayıcı qurğunu terrorçu-kamikadzenin aktivləşdirdiyi bildirilir.

Kabilin Kart-e Sahi rayonunda baş vermiş partlayış nəticəsində azı 2 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 146