Sevgilisini evlənmədiyi üçün öldürən qadına iş kəsildi

Sevgilisini evlənmədiyi üçün öldürən qadına "iş kəsildi"


11:04     21 Mart 2019 1398947325_mehkeme3.jpg


Özündən 6 yaş kiçik sevgilisini 33 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilən Günel Hüseynova cəzalandırılıb.


Femida.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Hüseynova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 1987-ci il təvəllüdlü G. Hüseynova onunla rəsmi nikaha girəcəyi barədə verdiyi sözə əməl etməyən sevgilisi Vüqar Atakişiyevi "Grand" oteldə bıçaqlayaraq öldürüb. Məhkəmədə verilən ifadələrə görə, Vüqar onun bakirəliyini pozub, amma onunla evlənməkdən imtina edib və başqası ilə evlənəcəyini deyib. G.Hüseynova mərhuma deyib ki, başqası ilə evlənsən də, yenə görüşək. Oğlan yenə də razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə onunla cinsi əlaqədə olduqdan sonra oğlanı qətlə yetirib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Grand” oteldə baş verib. G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevi boğazından və qoltuq nahiyəsindən bıçaqlayaraq öldürüb.

V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 164