Xınalıqda qar uçqunu - 7 kəndlə əlaqə kəsildi


11:20     21 Mart 2019 19_03_21_1553152059.jpg


Ötən gecə Quba-Xınalıq yolunda baş vermiş qar uçqununun fəsadları təmizlənsə də yenidən uçqun baş verib. Yolun 30-cu km-dən 33-cü km-nə qədər yol bağlanıb.


Femida.az xəbər verir ki, "Azəravtoyol"un Quba-Xınalıq üzrə sahə rəisi Bilal Sultanov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qar uçqunu gecə saatlarında yenidən baş verib və 2 qartəmizləyən buldozer hadisə yerinə cəlb olunub. Uçqun nəticəsində yaranan qarın hündürlüyü 15 metrdən çoxdur.

Qeyd edək ki, qar uçqunu nəticəsində Qrız, Cek, Əlik, Haput, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinin rayon mərkəzilə əlaqələri kəsilib.

Femida.az

Açar sözlər:

Oxunub: 746


Oxşar xəbərlər