Yarım milyona yaxın “pul atan” iş adamına hökm oxundu
13:58 21 Mart 2019
Bir neçə nəfərdən yarım milyona yaxın pul alaraq qaytarmayan Zaur Əzimov cəzalandırılıb.
Femida.az -ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Əzimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, iş adamı Z.Əzimov tanışları Elşən Məmmədovdan 217 min, Asiman Ağayevdən 60 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat alaraq biznes fəaliyyəti ilə məşğul olacağını, əldə edəcəyi qazancdan hər ay onlara da gəlir verəcəyini deyib. Lakin aldığı pulları geri qaytarmayıb.
O, “MTN işi”ndə təqsirləndirilən general Sübahir Qurbanovun zərərçəkmişi kimi tanınıb.
Oxunub: 536
Oxşar xəbərlər
- Yarım milyon manatdan çox pul mənimsəyən bank xəzinədarına hökm oxunub
- Yarım milyondan çox insan koronavirusdan sağalıb
- Yarımtikilidə kişi meyiti tapıldı
- Yarım tondan çox at əti aşkarlandı
- Yarım kilometrlik telefon kabeli oğurlandı - Əridib satıb
- Yarım ildə 2257 dinc sakin həlak olub
- Yarım milyonluq əmlak hərraca çıxarıldı - Borca görə