Keratin xərçəng mənbəyidir – Qadağan olunmuş məhsul Azərbaycan salonlarında


15:30     21 Mart 2019 19_03_21_1553161713.jpg

Hazırda gözəllik salonlarında saçlarda tətbiq edilən məşhur prosedurlardan biri keratinlə saç düzləşdirilməsi, keratinlə saç bərpası və s.-dir. Hamar, duz, ipək kimi saç arzulayan xanımlara təklif olunan və heç də ucuz başa gəlməyən keratin bir çox ölkələrdə qadağan olunub.

Femida.az medicina.az-a istinadən bildirir ki, keratin kimyəvi qatqılı maddədir ki, bu maddələrdən ikisi kanserogen-xərçəng törədici siyahısındadır.

Keratin olunan zaman yayılan rəngsiz toksiki qaz gözləri, dərini qıcıqlandırır, sinir hüceyrələrini zədələyir, qadınların və kişilərin cinsiyyət sisteminə mənfi təsir edir. Zəhərli qazı həm usta, həm müştəri, həm də salonda olan digər insanlar udur. Prosedur zamanı saç ustasının tibbi maska taxması müşahidə olunsa da müştərinin maska taxması unudulur. Təkcə tibbi maska ilə bu qazlardan qorunduğunuzu düşünmək yanlışdır. Gözlərin, qolun, qulağın dərisi ilə toksiki maddələr daha dərinə keçir.

Bir çox inkişaf etmiş ölkələrdə - Amerika, İtaliya, Fransa, Almaniyada keratinin tərkibindəki bəzi maddələrə görə qadağan olunub. Yalnız Braziliyada, bəzi Şərq dövlətlərində, eləcə də üçüncü dərəcəli ölkələrdə zərərli tərkibli keratinlə saç düzləşdirmə geniş yayılıb.
Keratinli saç gün işığı altında, evdə isti şəraitdə buxarlanır, nəfəs yollarına keçir.

Azərbaycanda keratin proseduru edən bir neçə ustanın böyrək iltihabı, hətta böyrəklərin imtina etməsi səbəbindən xəstəxanaya düşməsi faktları var. Bir çox ustalar isə gözlərin iltihabından əziyyət çəkir. Keratin allergik reaksiyalar yaradır, prosedurdan hətta 6 ay sonra fəsadları üzə çıxır.
18 yaşına çatmamış qızların keratin etdirməsi ümimiyyətlə yolverilməzdir.

Yeni ailə qurmağa hazırlaşan xanımlar hamiləlik planlaması dövründə keratin etdirməməlidir. Əks təqdirdə döldə sinir problemləri ola bilər. Keratin saçlardan 6 ay ərzində yuyulub getsə də, dəri altında, qanda və hüceyrələrdə uzun illər qalır və genlərdə dəyişiklik yaradır.

Açar sözlər:

Oxunub: 3028


Oxşar xəbərlər