Türkiyədə “Əl Qaidə”yə bağlı azərbaycanlı terrorçu yaxalanıb


16:59     21 Mart 2019 19_03_21_1553162480.jpg

Türkiyənin Bursa şəhərində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində “Əl Nusra” terror təşkilatının azərbaycanlı üzvü yaxalanıb.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bursanın İpəkyolu məhəlləsindəki evlərdən birində terror təşkilatı üzvünün gizləndiyini təsbit edən polislər mənzilə basqın təşkil ediblər. Əməliyyat nəticəsində Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən ölkəyə giriş-çıxış qadağası olan “Əl Qaidə”yə bağlı “Əl Nusra” terror qruplaşmasının üzvü olan Azərbaycan vəətndaşı İ.S saxlanılıb. Evdə aparılan axtarış zaman təşkilata bağlı dijital materiallar ələ keçirilib.

Açar sözlər:

Oxunub: 377