İntim əlaqədə olmaq istədiyi transı öldürənə hökm oxundu
17:30 21 Mart 2019
İntim əlaqədə olmaq istədiyi transın ölümünə səbəb olmaqda təqsirləndirilən Rafiq Şıxəliyevin cəzası bəlli olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Şıxəliyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və o, 3 il müddətinə azadlıqdan məhrum olunub. İttihama görə, hadisə 2018-ci ildə paytaxtın Nizami rayonu ərazisində baş verib. R.Şıxəliyev toydan çıxıb evə gedən zaman küçədə cinsi azlığın nümayəndəsi R.B. ilə tanış olub. Onun qadın olduğunu zənn edib cinsi əlaqədə olmaq üçün ona 50 manat verib. Bir qədər sonra isə R.B. qadın olmadığını deyib, R.Şıxəliyev verdiyi 50 manatı geri istəyəndə aralarında mübahisə yaranıb.
Ətrafda olan digər translar da davaya qoşulub, Şıxəliyev pul verdiyi R.B.-ni yumruqla vurub, o, yıxılıb və başı daşa dəyib. Xəstəxanaya yerləşdiriləndən bir neçə gün sonra vəfat edib.
Oxunub: 542
Oxşar xəbərlər
- Bakıda intim münasibət zamanı bədbəxt hadisə - Qadın xəstəxanaya düşdü
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Azərbaycan vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstə saxlanılıb
- Məmuru intim görüntüləri ilə şantaj edənlərə hökm oxunub
- Nəvəsi yaşda qızla əxlaqsızlıq edən “ağsaqqal” – Əli Kərimli kimi müdafiə edir?
- Mirşahin Milli Şuranın generalının evli xanımla intim münasibətini ifşa etdi - VİDEO
- Bakıda qadın narkotiki intim orqanında gizlətdi
- Bakı polisi intim münasibətdən sonra turisti qarət edən qızları axtarır
- Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər - MƏHKƏMƏ
- Bakıda qadını intim görüntüləri ilə şantaj etdilər - MƏHKƏMƏ