Nazirlik 300 hektar ərazidə ağac əkib


18:48     21 Mart 2019 2019/03/86088153-9EF4-4235-AEA2-0DA1B7221ECB_1553179891.jpeg

21 mart - Beynəlxalq Meşələr Günüdür

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Beynəlxalq meşələr günü ilə əlaqədar ölkənin müxtəlif bölgələrində yerli icra orqanları və rayon ictimaiyyəti ilə birgə iməciliklər keçirilir.

ETSN-dən Femida.az -a verilən məlumata görə, aksiyalar zamanı bu gün də daxil olmaqla 300 hektar ərazidə müxtəlif növ meyvə və meşə cinsli ağaclar əkilib. Bu işlər yaz mövsümünün sonuna kimi davam etdiriləcək.

Xatırladaq ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni “Beynəlxalq Meşələr (meşə və ağaclar) günü” elan edib. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.


Femida.az

Açar sözlər:

Oxunub: 431