Naxçıvanda yeni məscid inşa olunur
20:13 21 Mart 2019
Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, dini-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Dini dəyərlərin mahiyyətinə uyğun təbliğ olunmasına, dini-tarixi abidələrin bərpası və yeni məscidlərin tikilməsinə mühüm əhəmiyyət verilir. Hazırda Naxçıvan şəhərində inşası davam etdirilən yeni məscid də mənəvi dəyərlərimizin yaşadılacağı məkan kimi diqqəti cəlb edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məscidin tikintisi ilə maraqlanıb.
Məlumat verilib ki, məscid kompleksinin sahəsi 6400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaq. İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri başa çatdırılıb. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Hazırda məscid binasının fasadında və daxilində işlər milli naqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək davam etdirilir.
Kompleksdə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaq.
Ali Məclisin sədri tikinti işlərinin keyfiyyətinə diqqətin artırılması, yerli iqlim xüsusiyyətlərinin nəzərə alınması, məscidin fasadına və daxilinə İslam dəyərlərinə və milli memarlıq üslubuna uyğun tərtibat verilməsi barədə tapşırıqlar verib.
Femida.az
Oxunub: 514
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər