Qar uçqununa düşən hərbçilərin axtarışı davam etdirilir


20:21     21 Mart 2019 qar%20ucqunu.jpg

Qar uçqununa düşən Azərbaycan ordusunun iki hərbi qulluqçusunun axtarışları davam edir.

Femida.az bildirir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir. Hava şəraitinin dəyişməsi axtarışlarda bəzi problemlər yaradır.

Qeyd edək ki, Azərbaycan ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 394