Şamaxıda partlamamış hərbi sursat tapılıb

Şamaxıda partlamamış hərbi sursat tapılıb


10:14     22 Mart 2019 2019/03/B5A02DE3-44DB-4047-A0DB-CF95E20F9583_1553235492.jpeg

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şamaxı rayon polis şöbəsindən rayonun Şəhriyar qəsəbəsi ərazisində 6 ədəd mərmi tapılması barədə məlumat daxil olub

ANAMA-dan Femida.az-a verilən xəbərə görə, məlumat alındıqdan dərhal sonra agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şamaxı rayon polis şöbəsinin əməkdaşları əraziyə göndərilib, Zoğalavay çayının kənarına baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 7 ədəd müxtəlif növ partlamamış hərbi sursat və tərkibində heç bir partlayıcı maddə olmayan 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) aşkarlanıb, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Partlamamış hərbi sursatların ətrafında 300 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 151