Nazir Argentina parlamentində görüşlər keçirib

Nazir Argentina parlamentində görüşlər keçirib


12:52     22 Mart 2019 2019/03/4E8F267C-2520-41EF-B6F8-36E434862ABC_1553244872.jpeg

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentina Deputatlar Palatasının sədri, deputat Emilio Monzo ilə görüşüb.

XİN-dən Femida.az -a verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd edilərək parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əməkdaşlıq imkanlarının araşdırılması baxımından faydalı ola biləcəyi vurğulanıb.

Azərbaycan və Argentina arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir Argentinaya səfərinin iqtisadi-ticari əlaqə və mübadilənin gücləndirilməsinə töhvə verəcəyinə ümidvar olduğunu bildirib. O həmçinin qarşı tərəfə Azərbaycanın iqtisadiyyat və ticarət üzrə strategiyasının əsas aspektləri barəsində məlumat verərək energetika, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı və turizm sahəsinin bu strategiyanın əsas istiqamətləri olduğunu bildirib.

Görüşdən sonra Argentina Deputatlar Palatasında Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədri Hektor Olivares və qrupun üzvləri, həmçinin Palatanın Xarici işlər və etiqad komissiyasının sədri Kornelia Şmit ilə keçirilmiş görüşdə, əsasən, iqtisadiyyat, kənd təsərrüfatı və sərmayə qoyuluşu sahəsində münasibətlərin irəlilədilməsi üçün geniş potensialın olduğu, bu xüsusda, iş adamları arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd edilib.

Elmar Məmmədyarov həmçinin Argentina Senatının müvəqqəti sədri Federiko Pinedo ilə görüşüb. F.Pinedo Azərbaycana səfərini məmnunluqla xatırlayaraq ölkəmiz və xalqımız haqqında xoş təəssüratlarını bölüşüb. Görüşdə ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilib və ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmi qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 125