"Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyirik" - Pakistan prezidenti
13:05 22 Mart 2019
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi martın 22-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin xoş salamlarını Arif Alviyə çatdırıb. Ölkəmizin Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Pakistan Prezidenti, öz növbəsində, salamlarını və dərin ehtiramını Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib. A.Alvi dövlətlərarası əlaqələrin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib. Dövlət başçısı Pakistanın Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və məsələnin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.
Görüşdə tərəflər maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Femida.az
Oxunub: 593
Oxşar xəbərlər
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Pakistanda musson yağışlarda ölənlərin sayı 1 400 nəfərə çatıb
- Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib
- Pakistanda terror aktı olub, 10 hərbçi yaralanıb
- Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
- Azərbaycan Prezidenti Pakistan Senatının sədrini qəbul edib
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
- Pakistanda partlayış olub, ölən və yaralananlar var
- Pakistanın yeni Baş naziri seçilib