Mingəçevirdə 16 yaşlı gənc bıçaqlandı - Həmyaşıdı tərəfindən

Mingəçevirdə 16 yaşlı gənc bıçaqlandı - Həmyaşıdı tərəfindən


15:54     22 Mart 2019 metro%20bicaq4.jpg


Mingəçevirdə eyni vaxtda iki qardaşa bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.


Femida.az-ın ONA-ya istinadən məlumatına görə, ötən gün 2003-cü il təvəllüdlü şəhər sakini Hüseyn İlham oğlu Qasımova bıçaqla ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxsin saxlanılması üçün Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə 2002-ci il təvəllüdlü şəhər sakini Cavidan Quliyev saxlanılaraq istintaqa təhvil verilib. O, ilkin dindirilmə zamanı mübahisə zəminində törətdiyi əməli etiraf edib.

Hadisə zamanı Hüseyn Qasımovun qardaşı Zabit Qasımov da xəsarət alıb. Əli yaralanan Zabit Qasımova yerində tibbi yardım göstərilib. 4 bıçaq zərbəsi ilə ağır xəsarət alan qardaşı Hüseyn Qasımov isə xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Hazırda vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 213