Ümumdünya su günüdür

Ümumdünya su günüdür


16:25     22 Mart 2019 19_03_22_1553257646.jpg

Hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur.

Femida.az xəbər verir ki, bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb.

Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır.

Məlumat üçün bildirək ki, su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları və eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olamqla 30,0 km3 təşkil edir ki, bunun da yalnız üçdə biri yerli sularımızdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar.

Femida.az

Açar sözlər:

Oxunub: 131