BMT-dən İsrailə ağır zərbə


18:16     22 Mart 2019 19_03_22_1553264271.jpg

BMT İnsan Haqları Təşkilatı İsraili qınayan qərar qəbul edib.

Femida.az “Habertürk”ə istinadən xəbər verir ki, təşkilatın Cenevrə ofisində davam edən müzakirələrin sonuncu günündə Bəhreyn, Boliviya, Kuba, Pakistan, Venesuela, Seneqal, Zimbabve və Fələstinin İsrailin əleyhinə hazırladığı sənəd müzakirə edilib.

Daha sonra 47 üzvün iştirakı ilə sənəd səsverməyə çıxarılıb. İsrail əleyhinə qərara 15 üzv bitərəf çıxıb. 8 əleyhinə, 23 səs isə lehinə olub.

Açar sözlər:

Oxunub: 448