İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı - FOTO


19:15     22 Mart 2019 19_03_22_1553266244.jpg

Bakı- Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.


90-ND-795 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı minik avtomobili ilə 09--BB-222 dövlət nömrə nişanlı "Toyota Prado" toqquşub.

Femida.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən olmasa da, "Toyota Prado"nun sərnişini, 1956-cı il təvəllüdlü kəlbəcər sakini Musayeva Məlahət yaralanıb.

Onların toya getdiyi bildirilir. "Land cruiser"ün sürücüsü də hadisə zamanı yüngül xəsarət alıb.

Qəzayla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 376