Türkiyəli müğənninin rus gəlini onu məhkəməyə verdi


20:15     22 Mart 2019 19_03_22_1553269202.jpg

Türkiyənin məşhur türküçüsü Lətif Doğanın rus gəlini Aleyna Doğan əri Seydi Vakkas Doğandan şikayətçi olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Aleyna Doğan həyat yoldaşı tərəfindən şiddətə məruz qalması ilə bağlı məhkəməyə müraciət edib.

A.Doğan həmçinin qayınatası Lətif Doğanı da şikayət edib. O, qayınatasının konsertdən əldə etdiyi gəlirləri FETO terror təşkilatına bağışladığını bildirib.

Prokurorluğun araşdırması nəticəsində iddianın doğruluğu sübut edilməyib.

Açar sözlər:

Oxunub: 500