Xəzər Universitetindən tanınmış alimə hörmətsizlik - Cəmi 160 manat maaş veriblər
21:11 22 Mart 2019
Tanınnış fəlsəfə doktoru Mail Yaqub Xəzər Universitetindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, universitetdə fəlsəfə dərsi deyən M.Yaqub rəhbərlik tərəfindən müəllimlərə dəyər verilmədiyi və universitetin ona verdiyi az miqdarda məvacibə etiraz əlaməti olaraq bu addımı atdığını bildirib:
“Hər il tələbələrindən fantastik məbləğdə pul yığıb fədakar müəllimlərinə qəpik-quruş əmək haqqı verməklə onları təhqir edən, tələbə və müəllimlərinin fikrinə zərrə qədər də dəyər verməyən universitetin adına Xəzər Universiteti deyilir. Ölkədə geniş miqyasda islahat gedərkən bu universitet özünü uzaq bir ada zənn edir, min bir əzabla çalışan müəlliminə 160 manat əmək haqqı yazır”.
Qeyd edək ki, Xəzər Universitetində illik haqları 4000-4500 civarındadır.
Oxunub: 749
Oxşar xəbərlər
- Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Xəzərin sahilindəki istirahət mərkəzlərindən biri cərimələnib
- Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb
- Xəzərdə dalğanın hündürlüyü 3,6 metrə çatıb - FAKTİKİ HAVA
- Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
- Xəzərdə “Azərsu”nun 640 min manatlıq əmlakını oğurlayan şirkət rəhbərlərinə hökm oxunub
- Xəzərin sahilində 20-dən çox suiti ölüsü aşkarlanıb
- Xəzər dənizində zəlzələ olub
- Xəzər dənizi sahilində 4,9 bal gücündə zəlzələ olub