Facebook Messengerə yeni faydalı funksiya əlavə edib

"Facebook" "Messenger"ə yeni faydalı funksiya əlavə edib


21:50     22 Mart 2019 19_03_22_1553272692.jpg

Bir müddət bundan öncə "Facebook" şirkəti "Messenger"ə "Dark Mode" rejimi əlavə etmişdi. İndi isə şirkət daha bir faydalı funksiyanı anons edib.

Milli.Az "technote"yə istinadən xəbər verir ki, bu barədə "Gagadget" saytı məlumat yayıb.

Xəbərə əsasən, "Messenger"ə konkret bir mesaja cavab vermək funksiyası əlavə olunub. Bunun sadəcə olaraq müəyyən bir mesajın üzərinə klikləyib saxlamaq və daha sonra "Reply" düyməsini klik etmək lazımdır.

Maraqlısı ondadır ki, bu funksiya "Facebook Messenger"ə hələ indi əlavə olunub. Belə ki, "Facebook"un sahib olduğu "Whatsapp"da bu funksiya artıq çoxdandır ki, var. Konkret mesajlara cavab vermək funksiyası "Messenger"də artıq aktivləşdirilib.

Açar sözlər:

Oxunub: 156