Qadın sürücü qəzaya düşdü,xəstəxanaya yerləşdirildi+VİDEO


10:30     23 Mart 2019 19_03_23_1553320355.jpg

Bakıdakı tunellərin birində yol-nəqliyyat hadisəsi baş verib.


ONA-nın xəbərinə görə, hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində olub.

Aysel Məmmədovanın idarə etdiyi "BAİC" markalı avtomobil tuneldə idarəetməni itirib və yol ayrıcındakı betona çırpılıb.

A.Məmmədova bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağrılmış təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Deformasiyaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.


Açar sözlər:

Oxunub: 481