Kürdəmirdə 10 yaşlı uşağı maşın vurub


11:44     23 Mart 2019 19_03_23_1553324519.jpg

Kürdəmir rayonunda “Jiquli” piyadanı vurub.

ONA-nın xəbərinə görə, hadisə rayonun mərkəzində baş verib.

2009-cu il təvəllüdlü Əmirov Əlmurad Elgün oğlu yolu piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "VAZ 2107" markalı avtomobil vurub.

Yaralı Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırlaşdığından Bakıya gətirilərək 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 284