Gəncə-Bakı qatarında dəyişiklik


12:12     23 Mart 2019 president_yeni_qatarlar_030615_01.jpg

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.
Qurumun mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qeyd edək ki, Qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.

Açar sözlər:

Oxunub: 324