Astana rəsmi olaraq Nur-Sultan adlandırıldı


12:50     23 Mart 2019 19_03_23_1553326370.jpg

Astana şəhərinin adı rəsmi şəkildə dəyişdirilib Nur-Sultan oldu.

Femida.az -ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Yeni prezident Kasım-Jomart Tokayev Qazaxstan paytaxtının adının dəyişdirilməsi ilə bağlı Konstitutsiyaya düzəlişi imzalayıb.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Astananın adının ilk prezident Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılması təklif ilə çıxış etmişdi.

Açar sözlər:

Oxunub: 496