Ermənistanda hərbi hissənin əsgərləri üsyan etdilər


17:15     23 Mart 2019 2019/03/F74ADF36-6DA5-4365-A10C-7B43DE304310_1553346412.jpeg


Ermənistan Müdafiə Nazirliyinin Mehri şəhərində yerləşən hərbi hissəsində əsgərlər üsyan qaldırıb.


Femida.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 20-dək əsgər zabitlərdən birinin onlarla pis rəftarına görə üsyan edərək hərbi hissəni tərk edib. Ancaq hərbçilər daha sonra komandirin çağırışı ilə geri qayıdıblar. 20 əsgərin hamısı cəzalandırılaraq hərbi polisə təhvil veriliblər, oradan isə Dağlıq Qarabağa xidmətə qaytarılıblar.

Qeyd edək ki, üsyanda 600-dək əsgərin iştirak etdiyi də məlumatlar arasındadır. Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan özünün “Facebook” səhifəsində zabitlərin heç bir günahı olmadığını qeyd edərək baş verənlərlə bağlı bunları yazıb: “Bir neçə intizamsız əsgər xüsusi şərtlərdə qulluq etmək, xüsusi geyimlər geyinmək, digərlərindən fərqli qidalanmaq istəyib. Bu əsgərlər digər hərbçilərdən özlərinə “əhatə” düzəltməyə çalışaraq onları üsyana təhrik ediblər. Hərbi hissələrdə istənilən qayda pozuntusu qanunvericiliyin bütün sərt tərəfləri ilə cəzalandırılacaq. Mətbuatda yayılan düzgün olmayan xəbərlərdən sonra sözügedən hərbi hissədə tədqiqatlar aparılıb. Əsgərlərlə yanaşı, zabitlərin də cəzalandırılmasına qərar verilib. Bir neçə zabit vəzifəsindən qovulub”.

Femida.az

Açar sözlər:

Oxunub: 638