Gəncədə avtomobillərdən oğurluq edənlər ələ keçdi
18:01 23 Mart 2019
Gəncədə avtomobillərdən oğurluq edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini H.Allahverdiyevə məxsus avtomobildən 378 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Quliyeva saxlanılıb.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin fevral-mart ayları ərzində 5 avtomobildən akkumulyator və yaddaş kartı, 1 həyətyanı sahədən inşaat materialları, habelə neft terminalı bazasındakı dəmiryol xəttinin hissələrini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Qurbanov saxlanılıb.
Bundan başqa, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 20-də rayon sakini H.Məmmədova məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Gədəbəy rayon sakini E.Səfərov saxlanılıb və avtomobil saz vəziyyətdə sahibinə qaytarılıb.
Femida.az
Oxunub: 365
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb