Sərxoş sürücü qəza törətdi - 13 yaşlı uşaq yerindəcə keçindi


21:26     23 Mart 2019 19_03_23_1553354810.jpg


Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın ONA-ya istinadən məlumatına görə, şəhərin Səməd Vurğun küçəsində "Opel" markalı avtomobil yolu keçmək istəyən təxminən 13 yaşlı uşağı vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir. Sürücünün sərxoş olduğu bildirilir. Mərhumun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 484