Meyxanaçı Aydın Xırdalanlı vəfat edib


22:59     23 Mart 2019 19_03_23_1553367716.jpg

Tanınmış meyxana ustası Aydın Xırdalanlı (Aydın Quliyev) uzun sürən ağır xəstəlikdən sonra 41 yaşında vəfat edib.

Şairin ailə üzvləri xəbəri Femida.az-a təsdiq edib.

O, 1977-ci ildə Abşeron rayonunun Xırdalan qəsəbəsində dünyaya gəlib. 1995-2019-ci illərdə meyxana sənəti ilə məşğul olub. Aydın Xırdalanlı 2001-ci ildə ANS telekanalının təşkil etdiyi "De, gəlsin" yarışmasının qalibi olub.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 811