Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandı - Qürurverici anlar+VİDEO


11:30     24 Mart 2019 19_03_24_1553412670.jpg

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi parada qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.


Femida.az xəbər verir ki, paradı canlı yayımlayan GNN kanalının şərhçiləri hərbiçilərimizin keçidi zamanı maraqlı addım atıblar. Onlar əsgərləri Azərbaycan dilində salamlayıblar.

Şərhçilər “Pakistana xoş gəlmisiz. “Yaşasın Azərbaycan, Pakistan! Yaşasın Azərbaycan – Pakistan qardaşlığı” deyə bildiriblər.


Açar sözlər:

Oxunub: 670