Prezident İlham Əliyev yunanıstanlı həmkarını təbrik edib


11:50     24 Mart 2019 19_03_24_1553412845.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosu Müstəqillik Günü münasibətilə təbrik edib.
Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Açar sözlər:

Oxunub: 357