80 və 73 yaşlı qocalar bank yardı - Evindən marixuana plantasiyası çıxdı

80 və 73 yaşlı qocalar bank yardı - Evindən marixuana plantasiyası çıxdı


12:50     24 Mart 2019 19_03_24_1553415106.jpg


İspaniyada silsilə bank oğurluğu həyata keçirən yaşlı şəxslər həbs edilib.


“Qafqazinfo” xəbər verir ki, polis 80 və 73 yaşındakı kişiləri yeni oğurluq planı hazırlayan zaman ələ keçirib. Bu barədə ölkənin milli polisinin saytında məlumat verilib.

Hüquq-mühafizə orqanlarının məlumatında qeyd edilir ki, qocalar Barselonada 2 ay fasilə ilə 2 bank yarıblar. Belə ki, onlar banka daxil olaraq oradakıları silahla hədələyərək əl-qollarını bağlayıblar, pulları götürdükdən sonra isə diqqət çəkməmək üçün ərazidən ictimai nəqliyyat vasitəsilə uzaqlaşıblar. İlk oğurluqda qocalar 32 min, ikincidə 45 min avro əldə ediblər.


Polisin məlumatına görə, təqaüdçülərin növbəti hədəfi Madrid bankları olub. Onlar Tarraqona əyalətindəki evlərində saxlanılıblar. Hətta qocalardan birinin evinə baxış zamanı marixuana plantasiyası aşkar edilib. Plantasiyanı 3-cü şəxsi yetişdirdiyi məlum olub. Həmin şəxs də polis tərəfindən ələ keçirilib.

Qeyd edilir ki, yaşlı qarətçilər Cənubi Amerika ölkələrindən birindən miqrant kimi gəliblər, bir çox silsilə cinayətlərə görə İtaliyada axtarışa veriliblər.

Açar sözlər:

Oxunub: 196