SOCAR geoloji kəşfiyyat işlərinə başlaya bilər - Aral dənizində
16:40 24 Mart 2019
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) BP və SOCAR-ın Aral dənizində iki blokda geoloji kəşfiyyat işlərinin aparılması imkanını nəzərdən keçirməsi barədə yayılan xəbəri şərh edib.
Femida.az xəbər verir ki, SOCAR tərəflər arasında məsləhətləşmələr aparıldığını, təkliflərə baxıldığını deyib: "Hazırda əməkdaşlıq məhz bu istiqamətdə gedir. Əgər gələcəkdə kəşfiyyat işlərinin aparılması haqqında qərar qəbul olunsa, ictimaiyyəti məlumatlandıracağıq".
Bundan əvvəl "Podrobno.uz" saytı "Nefteqazinvest" şirkətinin direktor müavini Husniddin Turayevə istinadən yazmışdı ki, BP və SOCAR tərəfindən Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılması imkanlarına baxılır:
"Konsorsiumda hər iki şirkət Özbəkistanda işlərə başlayıblar. Onlarla əməkdaşlıq haqqında memoramdum, həmçinin məxfilik barədə saziş imzalanıb. Xüsusilə, şirkətlər Aral dənizinin su hövzəsində iki investisiya blokunda geoloji kəşfiyyat işlərinin aparılmasını nəzərdən keçirirlər. Ötən il onlara zəruri geoloji məlumat vermişik. Hazırda şirkətlərin nümayəndələri materialları öyrənirlər. Ümid edirik ki, onlar gələcəkdə həmin bloklarda işlərin görülməsi üzrə qərarı yaxın vaxtlarda qəbul edəcəklər".
Femida.az
Oxunub: 467
Oxşar xəbərlər
- SOCAR ötən il 2 milyard manatdan çox xalis mənfəət əldə edib
- SOCAR-a yeni Baş geoloq təyin olunub
- SOCAR-dan itkin düşən əməkdaşı ilə bağlı RƏSMİ AÇIQLAMA
- SOCAR Mübariz Mənsimovun Türkiyədəki əmlakına həbs qoydurub
- SOCAR şəhid ailələri və qazilərə sahibkarlığa başlamaq üçün yardım edəcək
- SOCAR neft emalını kəskin artırıb
- SOCAR 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb
- SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu
- SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrini günəş enerjisi ilə təmin edir
- SOCAR Rusiya qazının tranzitini tamamlayıb