Vladimir Norov Azərbaycan xalqını təbrik edib


17:14     24 Mart 2019 2019/03/07D5DFBF-B871-4579-9BEF-805D801E25A9_1553433396.jpeg

Azərbaycan prezident İlham Əliyevin müdrik rəhbərliyi və xalqın zəhmətkeşliyi, əzmkarlığı ilə qısa dövrdə sosial-iqtisadi sahələrdə böyük nəticələr əldə edib.

Femida.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi, Özbəkistan diplomatı Vladimir Norov deyib. Baş katib Novruz bayramı münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın uğurlarının davamını arzuladığını bildirib:

"Mən ən yaxın və əziz dostlarımız olan Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram bizə sevinc, xoşbəxtlik, sülh və əmin-amanlıq gətirir. Min illərdir qeyd etdiyimiz bu bayramda bizim ümumi köklərimiz, ənənələrimiz birləşir. Novruz bayramı münasibətilə Azərbaycan xalqına xoşbəxtlik, rifah, əmin-amanlıq və tərəqqi arzu edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 539