Mozambikdə qasırğa - Ölənlərin sayı 446 nəfərə çatdı


17:27     24 Mart 2019 qasirga.Jpeg


Mozambikdə "İdai" tropik qasırğası nəticəsində ölənlərin sayı 446 nəfərə çatıb. Daha öncə 293 nəfərin həyatını itirməsi barədə məlumat vermişdik.

Femida.az xəbər verir ki, Mozambik ətraf mühit naziri Selzo Korreyya deyib ki, təbii fəlakət 531 min insana ziyan vurub, 110 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Ölkənin baş naziri Karluş Aqostinyo du Rosariu ölənlərin sayının min nəfərdən çox ola biləcəyini qeyd edib.

Mozambikdə təbii fəlakət nəticəsində 531 min insana ziyan dəyib.


Femida.az

Açar sözlər:

Oxunub: 423