FHN dənizə düşən şəxsi xilas etdi

FHN dənizə düşən şəxsi xilas etdi


19:37     24 Mart 2019 denizde-boguldu.jpg

Bakıda dənizdə batan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 169