Dünyanın ən yaşlı bank soyğunçuları ələ keçdi


20:53     24 Mart 2019 19_03_24_1553444040.jpg


İspaniyanın Barselona şəhərində 2 qoca bank soyğunu şübhəsi ilə həbs edilib.


80 və 73 yaşlı 2 kişi 2 bankdan 32 min və 45 min avro oğurlayıb. İtaliya və Cənubi Amerika əsilli şəxslər cinayətləri 2 ay fasilə ilə həyata keçirib. Qocalar hadisəni maska geyinərək törədib və bank ərazisindən ictimai nəqliyyatdan istifadə edərək uzaqlaşıblar. Oğrular Madriddə növbəti soyğunu planlaşdıran zaman ələ keçib.

Qeyd edək ki, həmin şəxslərin qaldığı yerdən 2 İtaliya şəxsiyyət vəsiqəsi, silahlar, nəqliyyat vasitəsi, əlcəklər, mobil telefonlar, 3,1 kq marixuana tapılıb. / qaynarinfo.az

Femida.az

Açar sözlər:

Oxunub: 469