Gələn aydan müharibə veteranlarına Prezident təqaüdü veriləcək
13:28 25 Mart 2019
Prezident İlham Əliyevin 2019-cu il fevralın 25-də imzaladığı sərəncamda müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az -a verilən məlumata görə, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.
Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir. Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat əlavə vəsait ayrılacaq.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
- Gələn ay bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq
- Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır
- Gələn ay Azərbaycanda 9 gün iş olmayacaq
- Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq
- Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb