Keçmiş arvadının boğazını kəsən kişi Ali Məhkəməyə müraciət etdi
14:34 25 Mart 2019
Lənkəranda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Həbibov Fərhad Zamanı oğlu Ali Məhkəməyə müraciət edib.
Femida.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Fərhad Həbibovun müraciətinə aprel ayının 16-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Qeyd edək ki,hadisə 2015-ci ilin yanvarın 4-də Lənkəran rayonun Liman şəhərində qeydə alınıb.
Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.
Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həbibov polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, arvadını qısqanclıq zəminində öldürüb. Guya ki, bir neçə il bundan öncə Həbibova ərinə başqa kişi ilə xəyanət edib.
Yalnız indi köhnə hesabları yada salan kişi, arvadını onu alçaltdığına görə cəzalandırmağı qərara alıb.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb
- Keçmiş SSRİ-nin tanınmış aktyoru vəfat edib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib
- Keçmiş müdafiə naziri Yaponiyanın yeni XİN rəhbəri olacaq
- Keçmiş arvadını boğaraq öldürən kişiyə 16 il iş verildi
- Keçmiş SSRİ-nin tanınmış aktrisası itkin düşüb
- Keçmiş icra başçısının türmədə ölüm səbəbi açıqlandı
- Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Keçmiş məhkum 800 manatlıq viski oğurladı