Bakı-Ələt yolunda qəza - 2 nəfər öldü


14:57     25 Mart 2019 qeza_yeni.jpg

Bayramın 5-ci günü yol qəzası nəticəsində 2 nəfər ölüb.

Femida.az xəbər verir ki, martın 24-dən 25-nə keçən gecə Bakı-Ələt avtomobil yolunda qəza baş verib.

Maşında olan 3 nəfərdən biri hadisə yerində ölüb, yaralılardan biri Klinik Tibbi Mərkəzə gətirilib, digərinə tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Səhər saatlarında isə Bakı-Sumqayıt yolunda baş vermiş qəzada bir nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 370