Oğurluğa görə tutuldular, başqa cinayətləri üzə çıxdı


15:41     25 Mart 2019

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki gözəllik salonlarının birindən 800 manat pul və 1 evdən geyim və məişət əşyaları oğurlamaqda sübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbişov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ə.Zeynallının ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki çay evlərinin birindən 4 ədəd televizor və suvenir oğurlaması da müəyyən edilib.

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Quba rayon sakini A.Həsənovla birgə rayon ərazisindəki mağazaların birindən 850 manat pul oğurlaması da müəyyən edilib. Görülmüş tədbirlərlə A.Həsənov da saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 317