Bakıda qadın meyiti tapıldı


15:58     25 Mart 2019 meyit.PNG


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Həsənova Rima Yusif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

FHN-in digər məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 379