Türkiyə qırıcısı Suriya təyyarəsini vurdu


02:04     17 May 2015 turkiye%20suriye%20vurdu.jpg

Türkiyə sərhəd zonasında Suriyaya məxsus təyyarəni vurub.


Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Suriya təyyarəsi sərhəd pozuntusuna yol verdiyi üçün Türkiyə Baş Qərargahı F-16 qırıcılarına atəş əmri verib.

Baş Qərargahdan verilən məlumatda təyyarənin tipinin müəyyən edilməsi üçün araşdırma aparıldığı bildirilib. Suriya televiziyası da Türkiyənin pilotsuz hava təyyarəsini vurduğunu təsdiqləyib. Hadisənin bu gün günorta saatlarında baş verdiyi qeyd edilib.

Suriya təyyarəsi Türkiyə qırıcısından atılan iki raket zərbəsi ilə məhv edilib. Zərbə nəticəsində təyyarə 3 hissəyə bölünüb və Suriya ərazisinə düşüb.

Açar sözlər:

Oxunub: 603