İlham Əliyev Paşinyanla Vyanada görüşə bilər


17:19     25 Mart 2019 2019/03/0B4D60FB-88AE-4DE5-94B0-EA62D25D5E4B_1553520024.jpeg

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan 29 mart tarixində Vyanada görüşə bilərlər.

Femida.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" agentliyinə Avstriyadakı diplomatik mənbə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan liderlərinin görüşündə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcəklər. Həmçinin bildirilib ki, görüşdə tərəflər Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, bundan öncə ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul etdiklərini açıqlamışdılar.

Hələlik belə bir görüşün Vyanada keçiriləcəyi barədə rəsmi məlumat verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 464