İranın Şiraz şəhərində daşqın nəticəsində 11 nəfər ölüb


17:52     25 Mart 2019 19_03_25_1553521990.jpg

İranın Şiraz şəhərində daşqınlar nəticəsində azı 11 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar idarəsinin rəhbəri Pirhüseyn Kulivənd məlumat verib.

Onun sözlərinə görə, hadisə baş verən bölgəyə təcili yardım qüvvələri cəlb olunub.

Kulivənd fəlakətin davam edəcəyini və ölü sayının artmasının qaçınılmaz olduğunu vurğulayıb.

Açar sözlər:

Oxunub: 370