İsmayıllı rayonunun daha bir kəndinə təbii qaz verilib


18:11     25 Mart 2019 19_03_25_1553522431.jpg

İsmayıllı rayonunun Qalacıq kəndinə ilk dəfə təbii qaz verilib.

Bununla bağlı SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu münasibətlə keçirilən tədbirdə bildirilib ki, 655 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 58 308 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Açar sözlər:

Oxunub: 373